Rusiyanın yeniyetmə BMX velosipedçiləri Bakıdadır
Bu ilin iyununda Bakıda keçiriləcək BMX üzrə dünya çempionatına hazırlaşan Rusiyanın kiçik yaşlı və yeniyetmə velosipedçiləri Bakıdadır.

Paytaxtımızda olacaqları 10 gün ərzində onlar dünya çempionatının keçiriləcəyi BMX Trekində məşq etməklə məsul yarışa hazırlaşacaqlar.

Qeyd edək ki, iyunun 5-9-da Bakıda keçiriləcək dünya çempionatında bütün yaş qrupları üzrə planetin ən güclüləri müəyyənləşəcək.

Xəbər 982 dəfə oxundu.