Misrəddin İsgəndərov Türkiyə turnirində liderliyini davam etdirir
Türkiyənin Kahramanmaraş şəhərində “Medal Day Open” Beynəlxalq şahmat turniri davam edir.

Azərbaycanı təmsil edən beynəlxalq dərəcəli usta Misrəddin İsgəndərov “A” turnirində keçirdiyi beş turda 4,5 xal toplayaraq liderlik edir. Qrossmeyster Nərmin Kazımova ( Azərbaycan) və Giqa Quparadze (Gürcüstan) yarım xal geri qalırlar. Yeddi şahmatçı, o cümlədən Vüqar Rəsulov, Pərviz Qasımov (Azərbaycan) liderdən 1 xal, dörd şahmatçı 1,5 xal geri qalırlar.

“Medal Day Open” turnirində 33 şahmatçı, altı qrossmeyster iştirak edir. Turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Xəbər 707 dəfə oxundu.