Atletlərimiz İznik Ultramarafonunda iştirak edəcəklər
Azərbaycanın iki atleti aprelin 21-də Türkiyədə start veriləcək İznik Ultramarafonunda iştirak edəcək.

Ölkəmizi təmsil edəcək Elşən Quliyev 140, Nəriman Quliyev isə 90 kilometrlik marşrut üzrə güclərini sınayacaqlar.

E.Quliyev yarışda Azərbaycan Milli Paralimpiya Komitəsini, N.Quliyeva isə “Baku Marathon Club”u təmsil edəcəklər.

Qeyd edək ki, iki gün davam edəcək marafonun əsas marşrutu dağlıq ərazidə, 3300 metr yüksəklikdə çətin şəraitdə baş tutacaq.

Xəbər 1298 dəfə oxundu.