Yığma komandamız Avropa çempionatında ciddi itki ilə üzləşdi
Türkiyənin Antalya şəhərində ağır atletika üzrə Avropa çempionatı davam edir. Milli komandamızın böyük uğurlarla müşayiət olunan çıxışı ilə yanaşı təəssüfedici bir məqam da yaşanıb.

Belə ki, yığmamızın bir üzvü – Namiq Cəmilov zədələnib. 85 kq çəki dərəcəsində mübarizə aparmalı olan atletimiz məşqdə belindən zədələnib. Tibbi müayinədən sonra onun AÇ-də çıxış etməyəcəyi məlum olub.

Xəbər 929 dəfə oxundu.