Azərbaycan şahmatçısı Türkiyə turnirində liderlik edir
Türkiyənin Kahramanmaraş şəhərində “Medal Day Open” Beynəlxalq şahmat turniri keçirilir.

Azərbaycanı təmsil edən beynəlxalq dərəcəli usta Misrəddin İsgəndərov “A” turnirində üç turdan sonra 3 xal toplayaraq liderlik edir. Altı şahmatçı, o cümlədən Vüqar Rəsulov, Nail Bəşirli (Azərbaycan), Davit Maqalaşvili, Giqa Quparadze (Gürcüstan), Hüseyn Can Ağdelen (Türkiyə) və Meilis Annaberdiyev (Türkmənistan) ondan yarım xal geri qalırlar.

“Medal Day Open” turnirində 33 şahmatçı, altı qrossmeyster iştirak edir. Turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Xəbər 659 dəfə oxundu.