“Neftçi İdman Klubu”nun yeniyetmə boksçuları ölkə birinciliyində 10 medal qazanıblar
Yeniyetmələr arasında boks üzrə Azərbaycan birinciliyi başa çatıb. Respublika Boks Mərkəzində təşkil olunan yarışda 295 dəri əlcək sahibi 17 çəki dərəcəsi üzrə mübarizə aparıb.

“Neftçi İdman Klubu”nun yetirmələri ölkə birinciliyinin 10 medalına (2 qızıl, 5 gümüş, 3 bürünc) yiyələniblər. Klubun yetirmələrindən Səid Abdullayev (43 kq) və Kamal Abdullayev (76 kq-dan yuxarı) bütün döyüşlərdən qalib ayrılaraq Azərbaycan çempionu adını qazanıblar. Xəyal Nəzərov (46 kq), Aslan Quliyev (48 kq), Bəylər Bayramov (56 kq), Əli Həmidov (65 kq), Aqil Zülfüqarov (68 kq) gümüş, Tural Sarıyev (44,5 kq), Ədalət Əliyev (50 kq) və Əli Həsənov (73 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, “Neftçi İdman Klubu”nun yeniyetmə boksçuları komanda hesabında ikinci yeri tutublar.

Xəbər 1061 dəfə oxundu.