Formula 1 Azərbaycan Qran-Prisinə alınan vauçerlərin biletlərlə dəyişdirilməsinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisinə bilet alan tamaşaçılar şəhərin kassalarında vauçerlərini biletlərin əsli ilə dəyişdirə bilərlər. Proses aprelin 29-da yarış başlayanadək davam edəcək.

Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş vauçerlərini gətirməlidirlər. Vauçerləri yalnız onların üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və onlayn qaydada davam edəcək.

Onlayn qaydada alınan vauçerlər Formula 1 Azərbaycan Qran-Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Çünki vauçerlərlə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

Qran-Pri həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı, yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də vauçerləri dəyişdirə biləcəklər.

Xəbər 465 dəfə oxundu.