Anlaşma memorandumu imzalandı
Aprelin 4-də Bakıda keçiriləcək Xüsusi Olimpiya Gənc Liderlərinin Qlobal Forumu ilə əlaqədar anlaşma memorandumunun imzalanma mərasimi keçirildi. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Xüsusi Olimpiya Avropa Avrasiya Hərəkatının prezidenti Devid Evangelista, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və digər rəsmi şəxslər iştirak etdilər.

Mərasimdə çıxış edən nazir A.Rəhimov bildirdi ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Nazir bu gün imzalanan memorondumla yeni tarix yazacaqlarını deyib: "Azərbaycan qədim tarixi, mədəniyyəti və adət-ənənələri olan ölkədir.Fəxrlə deyəbilərəm ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi də tanınır.Bu gün bir tarixyazacağıq. Qürurla 24 - 28 sentyabr 2018-ci il tarixində Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Formunun keçiriləcəyini elan edirəm. Bu forum əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət, qayğı və dəyərin nümayişi olacaq. Forum özünü cəmiyyətdən kənarda hiss edən insanlara böyük ilham və güc vermiş olacaq. Burada 30 ölkədən 300-ə yaxın gənc və orta yaşlı nümayəndə bir araya gəlməklə, yeni eraya geniş və parlaq körpü salacaq. Qeyd edim ki, Xüsusi Olimpiya Hərəkatı bu il 50 illiyini qeyd edəcək".

D.Evangelista çıxışı zamanı Azərbaycanda olmaqdan qürur hissi duyduğunu dedi: "İlk növbədə, Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və nazir Azad Rəhimova təşəkkür edirəm. Bakı bu misilsiz layihə üçün mükəmməl məkandır və onun irsi uzun, yaddaqalan olacaq. Qurumun 50 illiyinə həsr olunmuş bu tədbir böyük bir mesajla gəlir. Ziyalıları, gənc liderləri, mədəniyyət xadimlərini bütün dünyada məktəb divarları arasında, eləcə də gənclərin malik olduqları potensialdan tam istifadə etməyə çağırırıq".

A.Rəhimov və D.Evangelista memorandumu imzaladılar. Daha sonra Azərbaycan Xüsusi Olimpiya Təşkilatının prezidenti Şahin Əliyev və BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev hər iki qurum arasında əməkdaşlığa dair müqaviləni imzalayıblar.

Qeyd edək ki, 5 gün davam edəcək forum Azərbaycan Hökuməti tərəfindən dəstəklənir. Tədbir iştirakçı ölkələrdə cəmiyyətin haqqında danışılan sahəyə daha geniş və əhatəli diqqət ayırması üçün böyük qüvvə və təkan olacaq. Forum Xüsusi Olimpiya Hərəkatı altında gənclərin sosial layihələrinin başlanmasında yeni era olacaq. 1990-cı ildə təməli qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu gün müxtəlif yarışlara qatılan 5000-ə yaxın idmançısı var.

Xəbər 1449 dəfə oxundu.