Elxan Məmmədov FİFA-nın tədbirində iştirak edir
Romada FİFA tərəfindən Qadın Futbolunun Texniki Konfransı keçirilir. İdman.com.az saytının məlumatına görə, bu tədbirdə Azərbaycanı AFFA-nın baş katibi, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov təmsil edir.

O, bu gün konfransda “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012: çempionatın Azərbaycanda keçirilməsinin üstünlükləri və çətinlikləri” mövzusunda çıxış edəcək. Tədbir aprelin 13-də başa çatacaq. Aprelin 14-də isə Roma şəhərində FİFA qızlar Grassroots Festivalı keçiriləcək.

Xəbər 916 dəfə oxundu.