Eltac Səfərli Dubay açıq çempionatına qələbə ilə başlayıb
Şahmat üzrə Dubay açıq çempionatına start verilib. Yarışda 33 ölkədən 166 şahmatçı, o cümlədən 48 qrossmeyster iştirak edir. Azərbaycan idmanının şərəfini bu turnirdə 6-cı reytinqə malik Eltac Səfərli (2653) qoruyur. Yarışın reytinq-favoriti isə ukraynalı qrossmeyster Yuri Krivoruçkodur (2703).

Birinci turda Azərbaycan qrossmeysteri ağ fiqurlarla Serbiyadan olan beynəlxalq usta Milu Zarkoviçi məğlub edib. Püşkatmanın nəticələrinə görə Eltac ikinci turda qara fiqurlarla İran şahmatçısı Araş Tahbaziyə qarşı mübarizə aparacaq.

Dubay açıq çempionatı İsveçrə sistemi üzrə 9 turda keçirilir.

Xəbər 689 dəfə oxundu.