P026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyən ölkələr müəyyənləşib
2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyən Milli Olimpiya komitələrinin siyahısı açıqlanıb.

Yarışların təşkili üçün yeddi ölkə quruma rəsmi müraciət edib. Avstriya (Qrats), Kanada (Kalqari), Yaponiya (Sapporo), İsveç (Stokholm), İsveçrə (Syon), Türkiyə (Ərzurum) və İtaliya (Milan, Turin və ya Kortina-dAmpetso) Olimpiadanı keçirmək üçün namizədliyini irəli sürüb.

2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək şəhər IOC-nin gələn ilin sentyabrında keçiriləcək sessiyasında seçiləcək.

Qeyd edək ki, sonuncu – XXIII Qış Olimpiya Oyunları bu ilin fevralında Koreya Respublikasının Pxençan şəhərində keçirilib.

Xəbər 939 dəfə oxundu.