Azərbaycan millisi Türkiyə, Gürcüstan və Yunanıstan yığmaları ilə qarşılaşacaq
On altı yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası aprelin 22-dən 28-dək Antalyada təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək.

Türkiyə, Gürcüstan və Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığmalarının da iştirak edəcəyi yarışa hazırlıq məqsədilə U-16 millimiz aprelin 15-dən-21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Yığmamızın turnirdəki oyunlarının təqvimi müəyyənləşib. Millimiz aprelin 23-də Yunanıstan, iki gün sonra Türkiyə, aprelin 27-də isə Gürcüstan ilə qarşılaşacaq.

Xəbər 739 dəfə oxundu.