MMA döyüşçümüz Nəriman Abbasov növbəti qələbəsini qazanıb
Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.

Təmsilçimiz Qazaxıstanın Almatı şəhərində təşkil olunan “Fight Night Global 86” çərçivəsində keçirdiyi döyüşdən qalib kimi ayrılıb. Yüngül çəki dərəcəsində çıxış edən N.Abbasov Qazaxıstan təmsilçisi Adil Boranbayevlə üz-üzə gəlib. Rəqibini məğlub edən idmançımız peşəkar karyerasında 20-ci qələbəsini qazanıb.

Xəbər 657 dəfə oxundu.