Şəhriyar Məmmədyarov beynəlxalq reytinq cədvəlindəki mövqeyini qoruyub
Berlində təşkil olunan İddiaçılar Turnirindən sonra FIDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb.

Hesabında 2814 xal olan Şəhriyar Məmmədyarov ikinci pillədəki mövqeyini qoruyub. Azərbaycan qrossmeysteri Berlindəki turniri ikinci yerdə başa vurub.

Norveçli Maqnus Karlsen 2843 xalla reytinq cədvəlində liderliyini davam etdirir. İddiaçılar Turnirinin qalibi ABŞ şahmatçısı Fabiano Karuana isə 2804 xalla üçüncüdür.

Qadın şahmatçıların reytinq cədvəlinə Çin təmsilçisi Xou İfan 2657 xalla başçılıq edir.

Xəbər 1170 dəfə oxundu.