Avropa çempionatı yığmamız üçün uğursuz başlayıb
Voleybol üzrə gənc qızlar arasında Avropa çempionatında ilk turun oyunları baş tutub. Turnir Azərbaycan milli komandası üçün uğursuz başlayıb.

Belə ki, D qrupunda yer alan yığmamız qitənin ən mötəbər yarışında ilk matçlarını Avstriya voleybolçularına qarşı keçirib və 0:3 hesabı ilə uduzublar.
Qrupumuzda yer alan ev sahibləri Slovakiya İsveçrə, Hollandiya isə Bolqarıstan yığmasına eyni hesabla qalib gəlib.

I tur

Azərbaycan – Avstriya – 0:3 (23:25, 22:25, 21:25)
Bolqarıstan – Hollandiya – 0:3 (27:29, 22:25, 20:25)
Slovakiya – İsveçrə - 3:0 (29:27, 25:20, 25:19)

Qeyd edək ki, Azərbaycan yığması bu gün ev sahibləri ilə qarşılaşacaq.

Xəbər 927 dəfə oxundu.