Fransaya vəsiqə uğrunda 50-dən çox şahmatçı mübarizə aparacaq
Aprelin 1-də “Landmark Rotunda” binasında Azərbaycanda Frankofoniya bayramına həsr edilmiş XVII Beynəlxalq Uşaq Şahmat Turnirinə start veriləcək.

Yarışda 8 ölkəni – Azərbaycan, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Serbiya, Şotlandiya və Qazaxıstanı təmsil edən 50-dən çox şahmatçı iştirak edəcək.

“Gənclik” şahmat klubunun direktoru , Azərbaycanın Əməkdar məşqçisi Gennadi Gelmanın AZƏRTAC-a verdiyi məlumata görə, turnir İsveçrə sistemi üzrə keçiriləcək və 7 turdan ibarət olacaq.

Turnirin əsas mükafatı Fransaya səfər vəsiqəsidir. Yarışların sponsorları “BESTCOMP GROUP”, “Bakcell”, “Softline”, “Kfart Heinz” şirkətləri və “Araz” supermarketlər şəbəkəsidir, turnir iştirakçılarının qidalanmasını “МасDonalds” şirkəti təşkil edəcək.

Azərbaycan Şahmat Federasiyasının köməyi ilə təşkil edilən bu yarışlar Azərbaycanda Frankofoniya həftəsi bayramı çərçivəsində keçirilir.

Oyunların nəzarət vaxtı belədir: ilk 40 gediş üçün hər iştirakçıya 90 dəqiqə, sonra partiyanın sonuna qədər 30 dəqiqə, üstəgəl hər gediş üçün 30 saniyə.

Xəbər 1178 dəfə oxundu.