Bu gün Azərbaycan çempionu müəyyənləşə bilər
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrəyə yekun vurulacaq. IX turun hər 2 oyunu eyni gündə təşkil olunacaq.

Voleybol mərkəzində baş tutacaq oyunlarda meydan öncə “Lokomotiv”lə AVF çıxacaq. Adnan Kistakın yetirmələri matçda aşkar favoritdilər. Bu səbəbdən də onların yenə “quru hesabla” qalib gələcəkləri gözləniləndi.

Turun mərkəzi qarşılaşması isə “Abşeron”la “Azərreyl” arasında olacaq. Bu görüş hər 2 komanda üçün böyük əhəmiyyət kəsb edir. Çünki Famil Ağayevin yetirmələri xal itirməyəcəkləri halda, mövsümün sonuna 1 dövrə - 3 tur qalmış çempionluqlarını təmin edəcəklər. Buna görə də “Abşeron”un sonadək döyüşəcəyi proqnozlaşdırılır. Eldar Yusubovun komandası 1 xal qazanacağı halda belə rəqabəti ölməyə qoymayacaq. Əks halda, onlar “gümüş” üçün mübarizə aparmalı olacaqlar.

Apasport.az


Xəbər 1163 dəfə oxundu.