Dörd güllə atıcımız dünya çempionatına vəsiqə qazanıb
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində dünya kuboku yarışlarında iştirak edib.

İdmançılarımız çıxışlarını uğurla başa vurublar. Belə ki, Aybəniz Babayeva, Elşad Məmmədov, Yelena Taranova və Kamran Zeynalov mayın 1-12-də Koreya Respublikasında keçiriləcək dünya çempionatına lisenziya qazanıblar.

Xəbər 1593 dəfə oxundu.