Sambo üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində 2004-2005-ci il təvəllüdlü idmançılar arasında sambo üzrə paytaxt birinciliyi keçirilib.

Birincilikdə 11 çəki dərəcəsi üzrə 145 idmançı mübarizə aparıb.

Yarışda Ziyəddin Zeynallı (32 kq), Nicat İsmayılov (35 kq), Əhməd Ağayev (38 kq), Taryel Şıxəliyev (42 kq), Kənan Həsənov (46 kq), Musaxan Gülməmmədov (50 kq), Sadiq Zeynallı (54 kq), Zahid Səfərzadə (59 kq), Nihad Şeyxov (65 kq), İsmayıl Kamilov (71 kq) və Orxan Məcidli (71 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 1577 dəfə oxundu.