Çimərlik futbolu üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası aprelin 4-dən 11-dək Çinin Haikou şəhərində təşkil olunacaq “2018 CFA Belt and Road İnternational Beach Soccer Cup” beynəlxalq turnirində iştirak edəcək.

Millimiz aprelin 6-da, 7-də və 8-də müvafiq olaraq Macarıstan, Çin və Çexiya yığma komandaları ilə qarşılaşacaq.

Bu turnirdə iştirak üçün millinin heyətinə Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev və Əbdül Əliyev cəlb edilib.

Xəbər 1145 dəfə oxundu.