Coşqun Əzimov bürünc medal qazanıb | |
Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında milli komandamızın aktivinə üçüncü bürünc medalı Coşqun Əzimov yazdırıb. Mərkəzi Ordu İdman Klubunun (MOİK) üzvü bürünc medal uğrunda görüşdə Macarıstan təmsilçisi Lukas Botondu 10:0 hesabı ilə məğlub edərək təmiz qələbə qazanıb. Bununla da MOİK komandası hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının ilk yarış günündə üç bürünc medal əldə edib. |
|
Xəbər 1219 dəfə oxundu. |
|
|