“Qəbələ” klubu Rauf Əliyevi heyətinə cəlb edib
“Qəbələ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“Qırmızı-qaralar” Rauf Əliyevlə müqavilə imzalayıblar. İyirmi doqquz yaşlı hücumçu 2019-cu ilin yayınadək “Qəbələ”nin şərəfini qoruyacaq.

Son klubu Albaniya təmsilçisi “Kukesi” olan R.Əliyev 2017-ci ilin ikinci yarısında bu ölkədə legioner həyatı yaşayıb. O, karyerası ərzində “Qarabağ”, “Bakı”, “Xəzər-Lənkəran”, “Neftçi” və “İnter” klublarının da formasını geyinib.

Futbolçu 2010-cu ildə debüt etdiyi Azərbaycan yığmasında keçirdiyi 45 oyunda 7 qol vurub.

Xəbər 1196 dəfə oxundu.