Uşu üzrə XXVI Azərbaycan çempionatı keçiriləcək
Aprelin 7–də Şağan Olimpiya İdman Kompleksində uşu idman növü üzrə XXVI Azərbaycan çempionatına start veriləcək.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışda əsas məqsəd idmançıların ustalıq dərəcəsinin artırılması, 2018-ci il Avropa çempionatında iştirak edəcək heyətin müəyyənləşdirilməsidir.

Kişi idmançılar sanda və çinda növləri üzrə müxtəlif yaş kateqoriyasında və çəki dərəcələrində medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, çempionata aprelin 8-də yekun vurulacaq.

Xəbər 1098 dəfə oxundu.