Vüqar Həşimov Şahmat Akademiyasının yeni filialı fəaliyyətə başlayıb
Vüqar Həşimov Şahmat Akademiyasının yeni filialı açılıb.

Tanınmış şahmatçı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun adını daşıyan akademiyanın yeni filialı Landmark İş Mərkəzində fəaliyyətə başlayıb.

Mərhum şahmatçının qardaşı Sərxan Həşimov bu barədə deyib: “Şahmat tarixən Azərbaycanda məşhur idman növlərindən olub. Təsadüfi deyil ki, xalqımız müxtəlif dövrlərdə dünyaya dahi şahmatçılar bəxş edib. Şahmat hazırda da ölkəmizdə sevilən idman növlərindəndir və uğurla inkişaf edir. Vüqar Həşimov Şahmat Akademiyası da Azərbaycanda idmanın bu növünün kütləviliyinin artırılmasına və inkişafına dəstək vermək üçün yeni filiallar açır, müxtəlif tədbirlər, yarışlar təşkil edir.
Vüqar Həşimov Şahmat Akademiyası 2016-cı ildə yaradılıb. Akademiyada yaşından asılı olmayaraq, hər kəsə şahmat dərsləri keçirilir və müxtəlif yarışlar təşkil olunur.

Xəbər 1156 dəfə oxundu.