AFFA-nın əməkdaşı beynəlxalq oyuna təyinat alıb
AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva UEFA tərəfindən yeni təyinat alıb.

O, qadınlardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində keçiriləcək “Linköpings” (İsveç)–“Mançester Siti” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, “Linköpings”–“Mançester Siti” futbol matçı martın 28-də İsveçin Linköping şəhərində keçiriləcək.

Xəbər 1238 dəfə oxundu.