Stolüstü tennisçilərimiz San-Marinoda qələbə qazanıblar
San-Marinoda kişi stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi ev sahibi komanda ilə keçirdiyi oyunda qələbə qazanıb.

2019-cu il Avropa komanda çempionatında iştirak hüququ qazanmaq üçün yığmamız ev sahibi və səfərdə olmaqla altı seçmə oyunda iştirak edəcək. Kişilərdən ibarət yığmamız Litva, San-Marino və İrlandiya komandaları ilə görüşəcək.

Qeyd edək ki, cari ilin noyabrın 20-də isə yığmamız San-Marino komandasını qəbul edəcək.

Xəbər 1336 dəfə oxundu.