Azərbaycan-Makedoniya yoldaşlıq oyunu başlayıb
Antalyada futbol üzrə Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu başlayıb.

"Mardan" stadionunda türkiyəli hakimlərin idarə etdiyi oyunda VAR (video assistant referee) sistemi tətbiq olunur.

Matçın baş hakimi Halis Özkahyadır. Ona həmyerliləri Kemal Yılmaz və Kerem Ersoy kömək edirlər. Dördüncü hakim funksiyasını Ali Palabıyık yerinə yetirir.

Xəbər 1137 dəfə oxundu.