UEFA Çempionlar Liqası və Avropa Liqasının reqlamentində dəyişikliklər edib
UEFA Çempionlar Liqası və Avropa Liqasının 2018-2019-cu il mövsümündə reqlament dəyişikliyini təsdiqləyib.

Dəyişikliklərə əsasən, pley-off matçlarında əlavə vaxt zamanı dördüncü əvəzetməyə icazə veriləcək. Çempionlar Liqası, Avropa Liqası və UEFA Super Kubokunun final oyununda, iştirak ərizəsinə 23 futbolçunun adını daxil etmək mümkün olacaq. Beləliklə, ehtiyat oyunçular skamyasında yeddi oyunçu əvəzinə 12 futbolçu əyləşə biləcək.

Çempionlar Liqası və Avropa Liqasında qrup mərhələsi başa çatdıqdan sonra klublar avrokuboklarda çıxış etmək üçün heç bir məhdudiyyət olmadan üç futbolçu heyətinə qata biləcəklər. Bu, qış transfer dövründə klubu dəyişən oyunçuların turnirlərdə iştirak etməsi üçün heç bir məhdudiyyət olmadığı müxtəlif milli çempionatlarda mövcud normativ vəziyyətə cavab verir.

Çempionlar Liqası və Avropa Liqasında oyunların başlama saatlarında da dəyişiklik olacaq. Çempionlar Liqasının pley-off, qrup mərhələsi, səkkizdəbir, dörddəbir, yarımfinal və final matçları Avropa vaxtı ilə saat 21:00-da başlayacaq. Həmçinin qrup mərhələsinin çərşənbə axşamı və çərşənbə günü baş tutacaq iki görüş saat 18:55-də start götürəcək. Qrup mərhələsinin son turunda bütün oyunlar eyni vaxtda başlayacaq.

Avropa Liqasında qrup mərhələsindən səkkizdəbir finaladək olan görüşər saat 18:55-də və 21:00-da start götürəcək. Hər bir oyunun başlama saatı püşkatmaya uyğun təyin ediləcək. Sonuncu turda hər bir qrupda matçlar eyni vaxtda keçiriləcək. Dörddəbir, yarımfinal və final matçları 21:00-da başlayacaq.

UEFA görüşlərin başlama saatlarına dəyişiklik etmək hüququna malikdir.

Avropa Liqasında ardıcıl üç mövsüm və ya ümumilikdə beş dəfə qalib olan komanda formasında bunu əks etdirən nişanı daşımaq hüququ qazanacaq. Növbəti mövsümdə yarışda iştirak edəcəyi təqdirdə, İspaniyanın “Sevilya” klubu bunu edə biləcək. Andalusiya təmsilçiləri 2006-cı, 2007-ci, 2014-cü, 2015-ci və 2016-cı illərdə Avropa Liqasında birinci yeri tutublar. Eyni ənənə Çempionlar Liqasında da var.

UEFA Super Kuboku uğrunda oyun saat 21:00-da start götürəcək. Dəyişiklik bu il avqustun 15-də Estoniyanın paytaxtı Tallinndə baş tutacaq matça da şamil olunur.

Xəbər 656 dəfə oxundu.