İdman gimnastları sabah mübarizəyə başlayır
Sabah Bakı Gimnastika Məktəbində idman gimnastikası üzrə 19-cu Azərbaycan, eləcə də paytaxt birinciliyi start götürəcək. İdman.com.az xəbər verir ki, yarış 2 gün davam edəcək. Çempionatda 48 gimnast iştirak edəcək. Bakı Gimnastika Məktəbi və Respublika Olimpiya İdman Liseyi idmançıları ilə yanaşı, yarışda, həmçinin, Sumqayıt gimnastları öz ustalıqlarını nümayiş etdirəcəklər.

Yarışın ilk günündə böyüklər, çıxış edəcək, son günündə isə yeniyetmə gimnastlar coxnövçülükdə medal uğrunda mübarizə aparacaqlar.
İdmançılar altı alətdə çıxış edəcəklər: turnikdə, dəstəli atda, paralel qollarda, halqalarda, dayaqlı tullanmada və azad hərəkətlərdə.

Xəbər 1714 dəfə oxundu.