Futbol üzrə gənclər arasında 2019-cu il dünya çempionatı Polşada keçiriləcək
Futbol üzrə gənclər arasında (20 yaşadək) 2019-cu il dünya çempionatı Polşada, yeniyetmələr arasında (17 yaşadək) dünya çempionatı isə Peruda keçiriləcək.

Bunu Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının prezidenti Canni İnfantino təşkilatın şurasının Boqotada keçirilən iclasının yekunları ilə bağlı şərhində söyləyib. O deyib: “Polşa futbol üzrə gənclər arasında 2019-cu il dünya çempionatına, Peru isə yeniyetmələr arasında dünya çempionatına ev sahibliyi edəcək”.

Yeniyetmələr arasında 2017-ci il dünya birinciliyi Hindistanda keçirilib, İngiltərə yığması qalib olub. Elə həmin il gənclər arasında dünya çempionatı Cənubi Koreyada təşkil olunub. İngiltərəlilər burada da qələbə qazanıblar.

Xəbər 1222 dəfə oxundu.