Taekvondoçularımız “Ukrayna Open” beynəlxalq turnirində 10 medal qazanıblar
Taekvondo üzrə “Ukrayna Open” beynəlxalq turnirə yekun vurulub.

23 idmançı ilə G1 kateqoriyalı yarışa qatılan böyüklərdən ibarət milli komandamız 3 qızıl, 1 gümüş və 6 bürünc medal qazanıb.

Turnirin ilk günü Qaşım Maqomedov (58 kq) yarışın qalibi, Məcid Sofiyev (54 kq) və Şəms Həsənova (62 kq) isə bürünc medala sahib olublar.

Yarışın sonuncu günü də millimiz üçün uğurlu olub. Komandamızın yeddi üzvü fəxri kürsüyə qalxıb. Qadın taekvondoçularımızdan Fəridə Əzizova (67 kq) və Patimat Abakarova (53 kq) yarışı qızıl medalla başa vurublar. Radik İsaev (87 kq-dan yuxarı) isə həlledici döyüşdə məğlub olaraq gümüş medalla kifayətlənib. Millinin digər üzvlərindən Məhəmməd Məmmədov (68 kq), Ramin Əzizov (87 kq), Rufina Əlizadə (53 kq) və Elvarə Cəlilova (73 kq-dan yuxarı) bürünc medal qazanıblar.

Xəbər 1809 dəfə oxundu.