“Yuventus” “Real Madrid”lə, “Roma” “Barselona” ilə qarşılaşacaq
İtaliyanı UEFA Çempionlar Liqasında təmsil edən iki komanda dörddəbir final mərhələsində çox güclü rəqiblərlə qarşılaşacaq. Turnirin bu mərhələsində “Yuventus” “Real Madrid”i, “Roma” “Barselona”nı sınağa çəkəcək.

“Roma” “Barselona” komandasına qarşı ilk görüşü səfərdə keçirəcək, cavab görüşü isə İtaliya paytaxtında baş tutacaq. İtaliyanın digər təmsilçisi “Yuventus” isə “Real Madrid”ə qarşı ilk görüşü Turində keçirəcək, cavab qarşılaşması üçün isə Madridə yollanacaq.

AZƏRTAC

Xəbər 1250 dəfə oxundu.