İdman gimnastikası üzrə dünya kubokunun ikinci günündə qadın idmançımız finala vəsiqə qazanıb
Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunun ikinci günündə qadın təmsilçimiz finala yüksəlib.

Sərbəst hərəkətlər üzrə yarışlarda qüvvəsinin sınayan Yuliya İnşına (12,533 xal) dünya kubokunun finalına vəsiqə qazanıb.

Bakıda üçüncü dəfə təşkil olunan dünya kuboku yarışlarına 25 ölkədən 100-dən çox idmançı qatılıb.

Qeyd edək ki, yarışlara martın 18-də yekun vurulacaq.

Xəbər 1252 dəfə oxundu.