Azərbaycan millisinin baş məşqçisinin köməkçisi rəqiblərimizin oyunlarını izləyəcək
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Elçin Rəhmanov UEFA Millətlər Liqasında millimizlə eyni qrupda mübarizə aparacaq komandaların oyunlarını izləyəcək.

E.Rəhmanov martın 24-də Fransada keçiriləcək Kosovo–Madaqaskar və ertəsi gün isə İspaniyada təşkil olunacaq Farer Adaları–Lixtenşteyn yoldaşlıq oyunlarına canlı baxacaq.

E.Rəhmanov qarşılaşmaları baş məşqçi Qurban Qurbanovun göstərişinə əsasən izləyəcək.

Qeyd edək ki, millimiz UEFA Millətlər Liqasının “D” liqasının üçüncü qrupunda Farer adaları, Malta və Kosovo yığmaları ilə qarşılaşacaq.

Xəbər 1192 dəfə oxundu.