“Mingəçevir” futbol komandası Oğuzda yarışın qalibi olub
Oğuzda Uşaq-Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə 11-12 yaşlı uşaqlar arasında futbol turniri keçirilib.

Yarışın qalibi həlledici oyunda “Şəki” komandasını 3:0 hesabı ilə məğlub edən “Mingəçevir” olub. “Oğuz” komandası isə üçüncü yeri tutub.

Oyunlar başa çatdıqdan sonra mükafatçı komandalara kubok, diplomlar, iştirakçılara isə idman geyimləri və ləvazimatları hədiyyə edilib.

Xəbər 1323 dəfə oxundu.