Azərbaycan millisinin Antalya toplanışı üçün heyəti açıqlanıb
Martın 18-dən 23-dək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Antalyada təlim-məşq toplanışı keçiriləcək.

Hazırlıq prosesinə Vüsal Şabanov (“Qəbələ”), Məhəmməd Əhmədov (“Vətən”), Danil Mojarovskiy (“Dinamo Moskva”, Rusiya), Mahir Həsənov, Mübariz Sultanov (hər ikisi “Neftçi”), Nemət Musayev (“Kəpəz”), Abubəkir İbragimov (“Mahaçqala”), Rüfət Əhmədov, Nika Baçaliaşvili (hər ikisi “Qəbələ”), Emin Məmmədov, Fərid Yusifli (hər ikisi “Neftçi”), Fərid Muxtarov (“Keşlə”), Veysəl Rzayev, Çingiz Məmmədov (hər ikisi “Qəbələ”), Samir Abdullayev (“Keşlə”), Samir Məhərrəmli, Rauf Məhərrəmov (hər ikisi “Qəbələ”), Mikayıl Kərimli (“Zirə”), İbrahim Novruzov (“Keşlə”), Musa Qurbanlı (“Qarabağ”), Cəlal Cəbrayılov (“Sumqayıt”), Valeh Qəhrəmanlı (“Neftçi”), Elçin Qasımov (“Turan”) və Cavidan Abbaszadə (“Sumqayıt”) dəvət olunublar.

Xəbər 1228 dəfə oxundu.