Güləşçilərimiz Bolqarıstanda beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar
Martın 22-25-də Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçiriləcək. Yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın üzvləri turnirdə iştirak edəcəklər.

Yunan-Roma güləşi üzrə yığmamızın məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında turnirə Elman Muxtarov (67 kq) və Rəsul Çunayev (72 kq) yollanacaqlar.

Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvələrini sınayacaqlar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.


Xəbər 1278 dəfə oxundu.