UEFA Avropa Liqasında dörddəbir finalçılar müəyyənləşib | |
Bu gün UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinə yekun vurulub. Cari mövsümdə Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olmuş Madridin “Atletiko” klubu səfərdə Moskvanın “Lokomotiv”i darmadağın edib - 5:1. Ukraynanın “Dinamo” komandası öz meydanında Romanın “Latsio” klubuna məğlub olub - 0:2. Bilbaonun “Atletik” klubunun qonağı olan “Marsel” kollektivi səfərdə rəqibini məğlubiyyətə uğradıb -2:1. Günün mərkəzi görüşü isə Londonda baş tutub. “Arsenal” öz meydanında “Milan”ı 3:1 hesabı ilə məğlub edib. Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb: “Viktoriya" (Çexiya) – “Sportinq” (Portuqaliya) - 2:1 “Zenit” (Rusiya) – “Leypsiq” (Almaniya) - 1:1 “Lion” (Fransa) – “ÇSKA” (Rusiya) - 2:3 “Zalsburq” (Avstriya) – “Borussiya” (Dortmund, Almaniya) - 0:0. Bu nəticələrdən sonra “Arsenal”, “Atletiko”, “Sportinq”, “Marsel”, “Leypsiq”, “Latsio”, “Zalsburq” və “ÇSKA” dörddəbir finala vəsiqə qazanıblar. Dörddəbir final mərhələsinin püşkatması bu gün saat 16:00-da keçiriləcək. |
|
Xəbər 1128 dəfə oxundu. |
|
|