Klublar Komitəsinə yeni sədr seçilib
Martın 15-də Klublar Komitəsinin iclası keçirilib.

İclasda Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Zirə”, “Kəpəz”, “Sumqayıt”, “Keşlə” və “Səbail” futbol klublarının nümayəndələri, həmçinin AFFA-nın uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev və Təhsil proqramında təlimatçı Aslan Kərimov iştirak ediblər.

Komitənin Əsasnaməsinə uyğun olaraq, sədr vəzifəsinə seçki keçirilib. Səs çoxluğu ilə “Neftçi” klubunun prezidenti Kamran Quliyev növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.

Xəbər 1218 dəfə oxundu.