2018-ci il Olimpiadasının gümüş mükafatçısı əsəb pozuntusu diaqnozu ilə xəstəxanaya yerləşdirilib
2018-ci il Olimpiadasının gümüş mükafatçısı, koreyalı konkisürən Kim Bo Rım əsəb pozuntusu diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

25 yaşlı idmançı Tequdakı xəstəxanaya müraciət edib, burada həkim onun xəstəxanada yatmasını tövsiyə edib.

Kim Bo Rıma əsəb pozuntusu– həyəcan nevrozu diaqnozu qoyulub. İdmançının anasında da eyni simptomlar aşkar edilib, onu da xəstəxanaya yerləşdiriblər.

Xatırladaq ki, Kim Bo Rım öz komanda yoldaşını Pxençxan Olimpiadasında komanda yürüşündə uğursuz çıxışına görə ittiham edəndən sonra bu hadisə qalmaqala səbəb olub. 600 mindən çox koreyalı petisiya imzalayaraq Kim Bo Rımın yığma komandadan xaric olunmasını xahiş edib.

Xəbər 1157 dəfə oxundu.