Bakıda idman gimnastikası üzrə dünya kubokuna start verilib
Martın 15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışlarına start verilib.

Bakıda üçüncü dəfə təşkil olunan bu kubok yarışlarına 25 ölkədən 100-dən çox idmançı qatılıb.

Kişi idman gimnastları günün birinci yarısında ilk təsnifat mərhələsində sərbəst hərəkətlər, paralel qollarda güclərini sınayırlar. Günün ikinci yarısında isə halqalarda bacarıqlarını nümayiş etdirəcəklər. Qadın idman gimnastları isə dayaqla tullanma, müxtəlif hündürlüklü qollarda yüksək xal yığmağa çalışırlar.

Qeyd edək ki, yarışa martın 18-də yekun vurulacaq.

Xəbər 1484 dəfə oxundu.