Azərbaycan U-19 millisi Ukrayna yığması ilə qarşılaşıb
Kiyevdə təlim-məşq toplanışında olan futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 1:4 hesabı ilə məğlub olub.

Komandamızın yeganə qolunu Vüsalə Seyfəddinova vurub.

Komandalar arasında növbəti oyun martın 17-də keçiriləcək.

Xəbər 1301 dəfə oxundu.