Azərbaycan Premyer Liqası: “Zirə”–“Səbail” görüşündə komandalar bir xal qazanıblar
Martın 14-də futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunun ikinci oyun gününün ilk matçında “Zirə” doğma meydanda “Səbail” klubunu qəbul edib.

Baş hakim Orxan Məmmədovun idarə etdiyi matçın 17-ci dəqiqəsində Aleksandr Dedov meydan sahiblərini hesabda önə çıxarıb. Birinci hissə “Zirə”nin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

Fasilədən sonra qonaq komanda hesabı bərabərləşdirib. Görüşün 54-cü dəqiqəsində Nikoloz Apakidze fərqlənib -1:1. Qalan vaxt ərzində tərəflərin bütün səylərinə baxmayaraq qapılara başqa qol vurulmayıb.

Beləliklə, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Bu qarşılaşmadan sonra “Zirə” 33 xalla turnir cədvəlinin üçüncü, “Səbail” isə 18 xalla altıncı pilləsində qərarlaşıb.

Xatırladaq ki, XX tura bu gün keçiriləcək “Neftçi”-“Qarabağ” və “Sumqayıt”–“Kəpəz” matçları ilə yekun vurulacaq.

Xəbər 1246 dəfə oxundu.