Atçılığın konkur növü üzrə “Polad Kuboku” turniri keçiriləcək
Martın 23-24-də Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə “Polad Kuboku” turniri keçiriləcək.

Turnirin ilk günündə “E” və “M*”, ikinci günündə isə “S*” kateqoriyaları üzrə yarışlar təşkil olunacaq.

“E” kateqoriyası üzrə maneələrin hündürlüyü 80-85 santimetr olan yarışda 20 yaşadək olan yeniyetmə idmançıların iştirakına icazə veriləcək.

Günün ikinci yarışı olan “M*” kateqoriyası isə hər yaş qrupundan olan idmançılar üçün açıq olacaq. Bu yarışda ən hündür maneə 125 santimetr nəzərdə tutulub.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 5 min manat təşkil edir.

Xəbər 1486 dəfə oxundu.