Samboçularımız Moskvada Xarlampiyev Memorialında çıxış edəcəklər
Martın 23-24-də Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə dünya kuboku yarışları keçiriləcək.

Xarlampiyev Memorialı Beynəlxalq Sambo Federasiyasının təqvimində mühüm tədbirlərdən sayılır. Belə ki, bu turnir ilk dəfə Moskvada 1980-ci ildə təşkil olunan Yay Olimpiya Oyunları ərəfəsində keçirilib.

Dünya kuboku yarışlarında 28 ölkədən 300-dən artıq samboçu birincilik uğrunda mübarizə aparacaq. Turnirə Azərbaycan ilə yanaşı, Almaniya, Yunanıstan, Rusiya, Yaponiya, Venesuela və digər ölkələrdən idmançılar qatılacaqlar.

Dünya kuboku çərçivəsində döyüş sambosu üzrə yarışlar da təşkil olunacaq.

Xəbər 1723 dəfə oxundu.