“Neftçi”-“Qarabağ” oyununda hesab açılmayıb
Martın 14-də futbol üzrə Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Neftçi” klubu doğma meydanda “Qarabağ”ı qəbul edib.

“Bakcell Arena”da keçirilən oyunda hesab açılmayıb.

Xallarının sayını 49-a çatdıran “Qarabağ” turnir cədvəlindəki liderliyini davam etdirir. “Neftçi” isə 27 xalla beşinci pillədə yer alıb.

Tura bu gün keçiriləcək “Sumqayıt”–“Kəpəz” matçı ilə yekun vurulacaq.

Xəbər 1250 dəfə oxundu.