“Mançester Yunayted”in hücumçusu Romelu Lukaku karyerasında 200-cü qolunu vurub
“Mançester Yunayted” klubunun futbolçusu Romelu Lukaku Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin “Sevilya” ilə cavab oyununda fərqlənib (1:2).

24 yaşlı hücumçu karyerasında 200-cü qolu vurub.

Futbolçu “Anderlext”in heyətində 41, “Vest Bromviç”in formasında 17, “Everton”da 87, “Mançester Yunayted”də 24, Belçika yığmasında isə 31 dəfə rəqib qapısına yol tapıb.

Xəbər 1180 dəfə oxundu.