Voleybol üzrə Novruz turnirinin püşkü atılıb
Qadın voleybolçular arasında keçiriləcək Novruz turnirinin püşkü atılıb.

Püşkün nəticəsinə əsasən, “Lokomotiv” komandası “Abşeron”la, AVF klubu isə “Azərreyl” ilə qarşılaşacaq.

Turnirə martın 16-da start veriləcək. Bir gün sonra saat 14:00-da final oyunu keçiriləcək.

Qeyd edək ki, görüşlər Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.

Xəbər 1127 dəfə oxundu.