Astarada respublika birinciliyində uğur qazanmış boksçular mükafatlandırılıb
Astara rayonunun Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbində Bakı şəhərində yeniyetmələr arasında boks üzrə Azərbaycan birinciliyində uğurlu nəticələr qazanmış idmançılarla görüş keçirilib.

Tədbirdə məktəbin direktoru Aygün Həmidova, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, qəsəbə ərazi icra nümayəndəsi Cəbrayıl Salmanov, Ərçivan qəsəbə bələdiyyəsinin sədri Aygün Həmidova boksçuları qazandıqları uğur münasibətilə təbrik edərək, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətlərində görülən işlərdən, idmançılarımızın beynəlxalq yarışlarda nailiyyətlərindən danışıblar.

Sonra Azərbaycan birinciliyində 57 kiloqram çəki dərəcəsində birinci yeri tutmuş Eldəniz Baxşıyev və 54 kiloqram çəki dərəcəsində üçüncü yeri tutmuş Səyədulla Nəsirova pul mükafatları, qiymətli hədiyyələr, məşqçi-müəllim Nurlan Məmmədova isə fəxri fərman təqdim edilib.

Xəbər 1136 dəfə oxundu.