"Roma" və "Sevilya" dörddəbir final mərhələsinə vəsiqə qazanıb
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində növbəti cavab oyunları keçirilib.

İki cavab qarşılaşmasında “Roma” və “Sevilya” komandaları dörddəbir finala vəsiqə qazanıblar. İlk oyunda “Şaxtyor”a səfərdə 2:1 hesabı ilə məğlub olan “Roma” doğma meydanda minimal hesabla qələbə qazanıb - 1:0. Ümumi hesab 2:2 olsa da, səfərdə vurulan 1 qolun nəticəsinə əsasən italyanlar növbəti mərhələyə keçiblər.

“Mançester Yunayted” isə “Sevilya” səddini keçə bilməyib - 1:2 (0:0). “Qırmızı şeytanlar” doğma meydanda gözlənilmədən məğlubiyyətə uğrayıblar - 1:2.

Xatırladaq ki, “Beşiktaş” - “Bavariya”, “Barselona” – “Çelsi” oyunlarından sonra səkkizdəbir final mərhələsinə yekun vurulacaq.

Xəbər 1082 dəfə oxundu.